...

Mədəni irs bəşəriyyətin ortaq dəyəridir və Azərbaycan UNESCO missiyasına daim sadiq qalır - Seymur Fətəliyev (FOTO/VİDEO)

Cəmiyyət Materials 14 İyul 2025 09:20 (UTC +04:00)
Mədəni irs bəşəriyyətin ortaq dəyəridir və Azərbaycan UNESCO missiyasına daim sadiq qalır - Seymur Fətəliyev (FOTO/VİDEO)
Sahil Kərimli
Sahil Kərimli
Bütün xəbərlər

Paris. Trend:

Bu il Azәrbaycanın Ümumdünya İrs Siyahısındakı ilk abidәsi olan “İçәrişәhәr, Şirvanşahlar Sarayı vә Qız Qalası” kompleksinin siyahıya daxil edilmәsinin 25-ci ildönümü tamam olur. Bu yubiley tәkcә Azәrbaycanın qlobal mәdәni irsә verdiyi töhfәnin bir göstәricisi deyil, eyni zamanda mәdәni irsin qorunması sahәsindә son 25 ildә ölkәmizin qazandığı zәngin tәcrübәnin parlaq tәcәssümüdür.

Trend xəbər verir ki, bu barədə xüsusi tapşırıqlar üzrә sәfir – UNESCO üzrә Azәrbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fәtәliyev UNESCO-nun 47-ci sessiyasında İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbirində çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu tәdbirin UNESCO-nun Baş qәrargahında keçirilmәsi rәmzi mәna daşıyır vә bu, bir daha göstәrir ki, mәdәni irsin qorunması ümumbәşәri mәsәlә kimi bütün ölkәlәrin birgә sәylәrini tәlәb edir:

"Mәlum olduğu kimi, İçәrişәhәr orada baş vermiş zәlzәlәnin fәsadları, urbanizasiya problemlәri vә konservasiya imkanlarının mәhdudluğu sәbәbindәn Ümumdünya İrs Siyahısına daxil edilmәsindәn cәmi bir neçә il sonra – 2003-cü ildә “Tәhlükә Altındakı Ümumdünya İrs Siyahısı”na daxil edilmişdi. “İçәrişәhәr” Tarix-Memarlıq Qoruğu İdarәsinin yaradılması, inteqrә edilmiş idarәetmә sisteminin tәtbiqi, elmi әsaslı konservasiya planlarının hazırlanması vә ardıcıl hәyata keçirilmәsi nәticәsindә 2009 cu ildә İçәrişәhәr yenidәn әsas siyahıya qaytarıldı. Bu, UNESCO tәcrübәsindә nadir hallarda rast gәlinәn uğurlu nümunәlәrdәn biri kimi tarixә düşdü".

Onun sözlərinə görə, mәdәni irsin qorunmasında dövlәt qurumlarının fәaliyyәti ilә yanaşı, ictimaiyyәtin mәlumatlandırılması vә dәstәyi dә hәlledici rol oynayır.

"Bu baxımdan “Trend” İnformasiya Agentliyinin fәaliyyәtini xüsusi qeyd etmәk istәrdim. Agentlik 1 mәdәni irsin qorunması, tәbliği vә ictimai müzakirәlәrә çıxarılması sahәsindә uzun illәr әrzindә ardıcıl şәkildә fәaliyyәt göstәrmiş, hәm ölkә daxilindә, hәm dә beynәlxalq müstәvidә maariflәndirici materiallar tәqdim etmәklә geniş auditoriyaya tәsir göstәrib. Bu kimi kommunikasiya tәşәbbüslәri irsin ictimai dәyәrinin formalaşmasında, onun qorunması üçün cәmiyyәtin sәfәrbәr edilmәsindә mühüm rol oynayır".

O əlavə edib ki, hazırda Azәrbaycanın Ümumdünya İrs Siyahısında beş irs nümunәsi yer almaqdadır: "Bunlardan dördü mәdәni irs kateqoriyasına aiddir: “İçәrişәhәr, Şirvanşahlar Sarayı vә Qız Qalası”, “Qobustan qayaüstü mәdәni landşaftı”, “Xınalıq mәdәni landşaftı vә Köç Yolu”, “Şәkinin tarixi mәrkәzi vә Xan Sarayı”. Bir abidәmiz – “Hirkan meşәlәri” isә Azәrbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tәbii irs nümunәsidir. Qarşıdakı illәrdә hәm mәdәni, hәm dә tәbii irs kateqoriyalarında yeni nominasiya dosyelәrinin hazırlanaraq UNESCO-ya tәqdim olunması nәzәrdә tutulur. Bu proses çәrçivәsindә elmi әsaslandırmalar, mütәxәssis rәylәri vә yerli icmaların iştirakı ilә yeni obyektlәrin beynәlxalq sәviyyәdә tanıdılması üçün ciddi hazırlıq işlәri aparılır".

Baş katib vurğulayıb ki, Azәrbaycan UNESCO-nun 1972-ci il Konvensiyasının fәal tәrәfdaşıdır.

"Ölkәmiz bu Konvensiyanın icrasında hәm Ümumdünya İrs Komitәsinin keçmiş üzvü kimi, hәm dә UNESCO ailәsinin etibarlı üzvü olaraq yaxından iştirak edir. 2019-cu ildә Azәrbaycanın paytaxtı Bakı şәhәri Ümumdünya İrs Komitәsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etmiş, bu tәdbir çәrçivәsindә irs sahәsindә qlobal әmәkdaşlığın güclәndirilmәsinә töhfә verib. Bu yanaşmanın davamı olaraq, Azәrbaycan 2022 2023-cü illәrdә Afrika ölkәlәrinin UNESCO üzrә milli komissiyalarının nümayәndәlәri üçün mәdәni irs sahәsindә genişmiqyaslı treninqlәr tәşkil edib. Tәxminәn 50 Afrika ölkәsini әhatә edәn bu tәşәbbüs, irsin coğrafiyadan asılı olmayaraq bәşәri dәyәr olduğunu bir daha nümayiş etdirib. İrs yerlәşdiyi yerdәn asılı olmayaraq bütün bәşәriyyәtә mәxsusdur vә onun qorunmasına eyni dәrәcәdә yanaşılmalıdır. Azәrbaycanın tәcrübәsinin Afrika ölkәlәri ilә bölüşülmәsi UNESCO-nun “Afrika prioriteti” siyasәti ilә tam üst-üstә düşür. Biz eyni zamanda düşünürük ki, dünya vә Ümumdünya İrs Komitәsi Afrika qitәsindә yerlәşәn mәdәni vә tәbii irs nümunәlәrinin UNESCO siyahılarında daha geniş şәkildә tәmsil olunmasına dәstәyini güclәndirmәlidir. İnanırıq ki, Ümumdünya irsinin qorunmasına olan sadiqliyimizin bir göstәricisi olaraq Azәrbaycan növbәti dәfә Ümumdünya İrs Komitәsinә üzv seçilәcәk. Bu mәqsәdlә ölkәmiz 2025–2029-cu illәr üzrә Komitәyә öz namizәdliyini irәli sürüb", - o bildirib.

S. Fətəliyev bildirib ki, Azәrbaycan multikulturalizmi dövlәt siyasәti elan etmiş bir ölkәdir.

"Ölkәdә dinindәn, dilindәn, etnik kimliyindәn asılı olmayaraq bütün icmaların mәdәni irsinә hörmәtlә yanaşılır vә bu abidәlәrin dövlәt tәrәfindәn eyni dәrәcәdә qorunması tәmin edilir. Abidәlәr – insanlığın ortaq yaddaşıdır vә yalnız tolerant mühitdә yaşaya vә qoruna bilәr. Bu baxımdan, Azәrbaycan özü bir nümunәdir. Tolerantlıq әnәnәsi Azәrbaycan xalqının әsrlәrdir formalaşmış hәyat tәrzinә çevrilib.

2020-ci ildә Azәrbaycan öz torpaqlarını Ermәnistanın işğalından azad etdikdәn sonra hәmin әrazilәrdә geniş bәrpa vә quruculuq işlәri hәyata keçirilmәyә başlanıb. Bu günә olan mәlumata әsasәn, bu torpaqlarda tәqribәn 100 fәrqli mәdәni irs abidәsi әtrafında Ermәnistan tәrәfindәn işğal dövründә kütlәvi minaların basdırıldığı aşkar edilmiş vә hәmin abidәlәr hazırda ciddi tәhlükә vә risk altındadır. Tәsәvvür edin ki, 30 ilә yaxın işğal dövründә Ermәnistan tәrәfindәn yüzlәrlә abidә sistemli şәkildә dağıdılmış, mәscidlәrimiz tәhqirә mәruz qalmış, qalan abidәlәrin әksәriyyәtinin әtrafı isә minalanıb. Bәlkә dә, Azәrbaycan bu gün әtrafı minalanmış irs abidәlәrinin sayına görә dünyada ilk sıradadır. Bu vәziyyәt tәkcә maddi irsә deyil, hәm dә insan hәyatına birbaşa tәhdid vә tәhlükәdir. Azәrbaycan tәrәfdar olduğu konvensiyalara vә onlardan irәli gәlәn öhdәliklәrә hәr zaman sadiqdir vә bu belә dә qalacaqdır. İnanırıq ki, birgә sәylәrimiz nәticәsindә mәdәni vә tәbii irs bәşәriyyәtin ortaq mirası olaraq gәlәcәk nәsillәrә bütövlüyü ilә çatdırılacaqdır. Mәdәni vә tәbii irs bәşәriyyәtin ortaq sәrvәtidir vә onun qorunması yalnız keçmişә borcumuz deyil, eyni zamanda gәlәcәk nәsillәr qarşısında mәnәvi mәsuliyyәtimizdir", - deyə o fikrini tamamlayıb.

Qeyd edək ki, UNESCO-nun 6–16 iyul tarixlərində keçirilən Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimat olub.

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin və Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu – “Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri” olub.

Baku Network-un təşkilatçılığı ilə tədbir zamanı erməni təcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərinin xatirəsinə həsr olunmuş bukletlər paylanıb.

Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsi Elman Abdullayev olub.

Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdim olunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəki fəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti