...

Bu həftə Ukraynada yeni hökümət qurulacaq

Dünya xəbərləri Materials 14 İyul 2025 09:38 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna nazirlər kabinetində artıq bu həftədən dəyişikliyin edilməsi ilə bağlı qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə RBK-Ukraina məlumat yayıb.

Məlumata görə, yeni hökümətə hal-hazırda baş nazir müavini vəzifəsini tutan Yuliya Sviridenko başçılıq edəcək. Hazırki baş nazir Denis Şmıqal isə Rüstəm Umerovun əvəzinə müdafiə naziri postuna gətirilə bilər. Sonuncunun isə ABŞ-yə səfir göndəriləcəyi ehtimal edilir.

Agentliyin öz mənbələrinə istinadən məlumatına görə, yeni hökumətdə bəzi nazirliklər birləşdiriləcək və ümumilikdə səlahiyyətlərin yeni bölgüsü həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti