Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 200 ədəd güc transformatorları istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, güc transformatorlarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 304 ədəd və ya 2,5 dəfə azalıb.
Belə ki, ötən ilin birinci yarısında ölkədə 504 ədəd güc transformatorları istehsal edilmişdi.
Qeyd edək ki, ötən il Azərbaycanda 1132 ədəd güc transformatoru istehsal edilib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 328 ədəd və ya 40,8% çoxdur. 2023-cü il ölkədə 804 ədəd güc transformatoru istehsal edilmişdi.