Bakı.Trend:
Son üç gün ərzində 10.07.2025-13.07.2025) günvurma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 4 nəfər müraciət edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıb.
"Ölüm halı qeydə alınmayıb"- deyə o əlavə edib.