...

Trampın xüsusi nümayəndəsi Ukraynaya gedib

Dünya xəbərləri Materials 14 İyul 2025 11:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq növbəti dəfə Kiyevə rəsmi səfər edib.

Trend xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak açıqlama verib.

“ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqu Ukraynada salamlayırıq”,- Yermak öz Telegram-kanalında yazıb.

O, keçiriləcək görüşlərdə bir sıra mövzuların, o cümlədən silah tədarükü və ölkələr arasında ikitərəfli münasibətlərin müzakirə olunacağını əlavə edib.

Qeyd edilir ki, iyulun 11-də Kelloq Romada KİV-ə açıqlamasında iyulun 14-də Ukraynaya səfər edəcəyini və səfərin bir həftəyə yaxın davam edəcəyini söyləmişdi.

Xatırladaq ki, Kelloq sonuncu dəfə fevral ayında Kiyevə səfər etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti