Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə əsas kapitala 861,4 milyon manat investisiya yönəldilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 664,6 milyon manat və ya 4,4 dəfə çoxdur.
Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 10,7%-ə bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8,073 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,5% az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5% artıb.