...

İsrailin İrana hərbi hava hücumlarında ölən qadın və uşaqların sayı açıqlanıb

Dünya xəbərləri Materials 14 İyul 2025 12:02 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İrana 12 günlük hərbi hava hücumları nəticəsində 126 qadın və 41 uşaq ölüb.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hərbi hava hücumları nəticəsində 5 xilasedici də ölüb.

Kulivənd deyib ki, İranın Qırmızı Aypara Cəmiyyətinin təcili yardım maşınları və helikopteri hücuma məruz qalıb. Bu isə Cenevrə konvensiyalarına ziddir.

Cəmiyyət sədri bildirib ki, bununla əlaqədar İranın Qırmızı Aypara Cəmiyyətinin hesabatı aidiyyəti üzrə beynəlxalq dairələrə göndərilib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti