Bakı. Trend:
Azərbaycanda kənd təsərrüfatı üzrə cari ilin iyun ayında 983 ədəd nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb.
Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat ayında 4179 ədəd nəqliyyat vasitəsinə texniki baxış keçirilib.
Eyni zamanda bildirilib ki, dövr ərzində 22 ədəd traktor və digər nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib və 171 ədəd sürücülük vəsiqəsi dəyişdirilib.