Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 1,1 milyard kubmetr qaz ixrac edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyard kubmetr və ya 18,2% azdır.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstana 1,3 milyard kubmetr qaz satmışdı.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.