Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda təhsil sektoru üzrə əsas kapitala 152,4 milyon manat investisiya yönəldilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 103,9 milyon manat və ya 3,1 dəfə çoxdur.
Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 1,9%-ə bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8,073 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,5% az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5% artıb.