...

ABŞ Avropaya 17 ədəd "Patriot" HHM kompleksi göndərməyə hazırlaşır – Tramp

Dünya xəbərləri Materials 15 İyul 2025 01:09 (UTC +04:00)
ABŞ Avropaya 17 ədəd "Patriot" HHM kompleksi göndərməyə hazırlaşır – Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Avropaya 17 ədəd "Patriot" hava hücumundan müdafiə (HHM) sistemi göndərməyə hazırlaşır, bu komplekslərin böyük hissəsi daha sonra Ukraynaya çatdırılacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Tramp qeyd edib ki, "Patriot" sistemlərinə sahib olan bir neçə Avropa ölkəsi öz HHM komplekslərini Ukraynaya verəcək, ABŞ isə onların yerinə yeni sistemlər istehsal edəcək.

Prezidentin sözlərinə görə, Ukraynaya göndəriləcək silahların maliyyəsini isə Avropa ölkələri qarşılayacaq.

Xəbər lenti

Xəbər lenti