...

ÜST HPV peyvəndinə dair Səhiyyə Nazirliyi ilə danışıqlar aparır

Cəmiyyət Materials 15 İyul 2025 11:08 (UTC +04:00)
ÜST HPV peyvəndinə dair Səhiyyə Nazirliyi ilə danışıqlar aparır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

ÜST HPV peyvəndinə dair Səhiyyə Nazirliyi ilə danışıqlar aparır.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O qeyd edib ki, HPV peyvəndi dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən biridir.

"HPV peyvəndi ilə bağlı Səhiyyə Nazirliyi ilə danışıqlar aparılır və bu istiqamətdə müsbət geri dönüşlər almışıq.

Lakin hazırda bu mövzu ilə bağlı dəqiq məlumat vermək mümkün deyil. Bir neçə il ərzində bu peyvənd dövlət proqramına daxil edilə bilər",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti