...

Birinci yarımildə ölkədə müstəqil elektrik stansiyalarında enerji istehsalı artıb

İqtisadiyyat Materials 15 İyul 2025 12:14 (UTC +04:00)
Birinci yarımildə ölkədə müstəqil elektrik stansiyalarında enerji istehsalı artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda müstəqil elektrik stansiyalarında elektrik enerjisinin istehsalı 1,512 milyard kVt·st olub.

Trend-ə bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, müstəqil elektrik stansiyalarında elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 119 milyon kVt·st və ya 8,5% artıb.

Belə ki, 2024-cü ilin birinci yarısında müstəqil elektrik stansiyalarında elektrik enerjisinin istehsalı 1,393 milyrd kVt·st olub.

Qeyd edək ki, bu ilin birinci yarımili üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 291,5 mln. kVt·st., yəni 2,2% artaraq 13 849,3 mln. kVt·st. olub.

Bu dövrdə İES-lərdə 11 519,2 mln. kVt·st, SES-lərdə 1 860 mln. kVt·st, digər mənbələr üzrə isə 470,1 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 21,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 314,6 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 297,2 mln. kVt·st artımla 2 330,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

6 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 323,2 mln. kVt·st (İES-lərdə 10 441,4 mln. kVt·st, SES-lərdə 1 851,1 mln. kVt·st, GES-lərdə 30,7 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,6 mln. kVt·st təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti