...

Tikinti sahəsinə verilmiş biznes kredit portfeli 6% artıb

İqtisadiyyat Materials 15 İyul 2025 10:55 (UTC +04:00)
Tikinti sahəsinə verilmiş biznes kredit portfeli 6% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbaycan banklarının tikinti sahəsinə verilmiş biznes kredit portfeli 1,486 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 17 milyon manat (1,2%), ötən ilin eyni dövrü ilə nisbətdə isə 87 milyon manat (6,2%) böyüyüb.

Qeyd edək ki, tikinti sahəsi üzrə banklar tərəfindən verilmişbiznes kreditlərin məbləği 2025-ci ilin mayın 1-nə 1,469 milyard manat, ötən ilin iyunun 1-nə isə 1,399 milyard manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti