...

Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir - Prezidentin xüsusi nümayəndəsi

Cəmiyyət Materials 15 İyul 2025 11:58 (UTC +04:00)
Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir - Prezidentin xüsusi nümayəndəsi
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda Sosial İnkişaf və Reinteqrasiya uyğun olaraq 8 yaşayış məhəlləsi, 1 qəsəbə və 23 kənd lahiyələndirilir.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, bunu Ağdamda təşkil edilmiş regional konfransda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə və 23 kənd layihələndirilir. Həmçinin 390 yerlik 2 mərkəzi xəstəxana, 5 məktəb binası, 6 uşaq bağçası, 4 muzey, 3 park, 3 məscid və 2 tarixi kompleks inşa ediləcək.

Qeyd edək ki, bu gün işğaldan azad olunmuş Ağdam şəhərində yerləşən “Aghdam City Hotel”də Baş Prokurorluğun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Təməli” mövzusunda regional konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti