Ağdam. Trend:
İşğaldan azad olmuş ərazilərdə ümumi olaraq 29.54 faiz ərazi Minalardan təmizlənib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Baş Prokurorluq tərəfindən işğaldan azad olunmuş Ağdamda təşkil edilmiş regional konfransda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışı zamanı söyləyib.
E.Hüseynov bildirib ki, bu günə kimi Ağdam rayonunun 54.24 faizi, Füzuli rayonunun 67.76 faizi, Xocavənd rayonunun isə 7.56 faizi minalardan təmizlənib.
Qeyd edək ki, bu gün işğaldan azad olunmuş Ağdam şəhərində yerləşən “Aghdam City Hotel”də Baş Prokurorluğun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Təməli” mövzusunda regional konfrans keçirilir.