...

“Azərenerji” İES-lərdə elektrik enerjisi istehsalını azaldıb, SES-lərdə artırıb

İqtisadiyyat Materials 15 İyul 2025 11:52 (UTC +04:00)
“Azərenerji” İES-lərdə elektrik enerjisi istehsalını azaldıb, SES-lərdə artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında “Azərenerji” ASC 12,323 milyard kilovat-saat (kVt·st) elektrik enerjisi istehsal edib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 404 milyon kVt·st və ya 3,4% çoxdur. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 11,919 milyard kVt·st idi.

Bu dövrdə “Azərenerji” istilik elektrik stansiyalarında (İES) 10,441 milyard kVt·st, su elektrik stansiyalarında (SES) 1,851 milyard kVt·st elektrik enerjisi istehsal edib.

Bunlar da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11 milyon kVt·st (0,1%) az və 384 milyon kVt·st (26,2%) çoxdur. Belə ki, 2024-cü ilin ilk yarısında “Azərenerji” İES-lərdə 10,452 milyard kVt·st, SES-lərdə 1,467 milayrd kVt·st elektrik enerjisi istehsal etmişdi.

Qeyd edək ki, xari ilin birinci yarımilində üzrə respublikada elektrik enerjisinin istehsalı 291,5 mln. kVt·st., yəni 2,2% artaraq 13 849,3 mln. kVt·st. olub.

Bu dövrdə İES-lərdə 11 519,2 mln. kVt·st, SES-lərdə 1 860 mln. kVt·st, digər mənbələr üzrə isə 470,1 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 21,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 314,6 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti