Bakı: Trend:
Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri istismara veriləndən bu il iyulun 1-nə qədər ümumi ixrac olunan Azərbaycan nefti həcmləri 612,2 milyon ton təşkil edib
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Məlumata görə, bu həcmin 88%-i BTC kəmərinin payına düşüb.
Qeyd edək ki, 13 iyul 2006-cı ildə “Əsrin müqaviləsi”nin əsas tərkib hissələrindən biri olan, Azərbaycan neftinin birbaşa dünya bazarlarına çıxışını təmin edən və Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi Türkiyənin Ceyhan terminalında keçirilib.