...

COVID artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur - ÜST rəsmisi

Cəmiyyət Materials 15 İyul 2025 11:05 (UTC +04:00)
COVID artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur - ÜST rəsmisi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

COVID artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.

Trend xəbər verir ki, bunu jurnalistlərin sualına cavab olaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O qeyd edib ki, COVID tam olaraq bitməyib və gələcəkdə də həyatımızda olmağa davam edəcək:

”Buna görə də diqqətli olmaq və qoruyucu tədbirlərə riayət etmək lazımdır".

O vurğulayıb ki, qrip virusları həyatımızın bir parçasıdır və hər il xüsusilə 65 yaşdan yuxarı insanlar üçün peyvəndlə bağlı tövsiyələr verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti