Bakı. Trend:
İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yağan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.