...

Evlərdən 30 min dollar pul və 45 min manatlıq zinət əşyaları oğurlanıb

Hadisə Materials 15 İyul 2025 12:22 (UTC +04:00)
Evlərdən 30 min dollar pul və 45 min manatlıq zinət əşyaları oğurlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayonun Q.Qarayev prospektində yerləşən evdən 30 min dollar və 12 min manat oğurlanması barədə zərərçəkən şəxs polisə müraciət edib.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Bildirilib ki, analoji hadisə Sabunçu rayonunda da baş verib.

Evlərin birindən 25 min manat və 20 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 56 yaşlı İ.Çurin müəyyən edilərək saxlanılıb.

Abşeron rayonunda isə mağazaların birindən 1 400 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 44 yaşlı R.Xəlilov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti