...

İsveçrə Azərbaycan iqtisadiyyatına investisiyaları azaldıb, əks istiqamətdə artıb

İqtisadiyyat Materials 15 İyul 2025 17:04 (UTC +04:00)
İsveçrə Azərbaycan iqtisadiyyatına investisiyaları azaldıb, əks istiqamətdə artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə İsveçrənin Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 10,785 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə, sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 1,843 milyon ABŞ dolları və ya 14,6% azalıb. 2024-cü ilin ilk rübündə İsveçrədan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 12,628 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə Azərbaycandan İsveçrənin iqtisadiyyatına 9,162 milyon ABŞ dolları investisiya yatırılıb ki, bu da, illik müqayisədə 3,224 milyon ABŞ dolları, yaxud da 54,3% çoxdur. Ötən ilin birinci rübündə bu məbləğ 5,938 milyon ABŞ dolları olub.

Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrədən yatırılan investisiyaların payı 0,7% təşkil edib. Xaricə yatırılan investisiyaların payında isə bu ölkə 2,9%-lik yer tutub.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti