...

Baş Prokurorluq tərəfindən Ağdamda regional konfrans keçirilir (FOTO)

Gündəm Materials 15 İyul 2025 10:50 (UTC +04:00)
Baş Prokurorluq tərəfindən Ağdamda regional konfrans keçirilir (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə ölkə üzrə prokurorluq orqanları tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Trend xəbər verir ki, bu tədbirlərin davamı olaraq, bu gün işğaldan azad olunmuş Ağdam şəhərində yerləşən “Aghdam City Hotel”də Baş Prokurorluğun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Təməli” mövzusunda regional konfrans keçirilir.

Konfransda 10-a yaxın regionun prokurorluq orqanlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edirlər.

Tədbirdən öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Ağdam şəhərində ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov və digər rəsmilər iştirak edir.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti