Bakı. Trend:
Braziliya prokurorluğu keçmiş prezident Jair Bolsonaronun dövlət çevrilişinə cəhddə təqsirli bilinməsini tələb ediblər.
Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər məlumat verib.
Məlumata əsasən, ittiham tərəfi hesab edir ki, keçmiş dövlət başçısı “silahlı cinayətkar birlikdə” iştirak edib və “zorakılıq yolu ilə demokratik sistemi devirmək” çalışıb.
Bolsonarodan başqa, daha 7 nəfər oxşar cinayətlərdə ittiham olunur.
Bildirilib ki, indi cinayət işi baxılması üçün Braziliyanın Federal Ali Məhkəməsinin hakimi Alexandre de Moraisə göndərilib. Bolsonaro və digərləri təqsirli bilinərsə, onları 40 ilə qədər həbs cəzası gözləyir.