Bakı. Trend:
“Qarabağ”ın U-17 komandası İsveçin Göteborq şəhərində təşkil olunan “Gothia Puma Trophy” beynəlxalq turnirində iştirak edir.
Trend xəbər verir ki, “Qarabağ” yarışın 1-ci turunun matçına çıxıb.
Azərbaycan təmsilçisi ilk görüşdə yerli “Myallbu” ilə görüşüb və 2:1 hesablı qələbə qazanıb. İsveç təmsilçisinin qapısına hər iki qolu Əli Əliyev vurub.
“Qarabağ” növbəyi oyunları iyulun 15-də “Sporting Lagos” (Nigeriya), iyulun 16-da “Göteborq”lu həmyaşıdlarına qarşı keçirəcək.