Bakı. Trend:
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə 12 qarşılaşma baş tutub.
Cavab görüşlərinə Qazaxıstanda start verilib – “Kayrat” Sloveniya çempionu “Olimpiya”nı iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdıraraq mərhələ adlayan ilk komanda olub.
Günün ən gözlənilməz nəticəsi isə Andorrada qeydə alınıb. Yerli “İnter” Rumıniya təmsilçisi FCSB-ni 2:1 hesabı ilə məğlub etsə də, ümumi hesabda rumınlar mərhələni keçməyi bacarıblar.
Çempionlar Liqası – I təsnifat mərhələsi, cavab oyunları
15 iyul
Kayrat (Qazaxıstan) – Olimpiya (Sloveniya) – 2:0 (ilk oyun: 1:1)
Linkoln (Cəbəllütariq) – Vikinqur (Farer adaları) – 1:0 (ilk oyun: 3:2)
Hamrun (Malta) – Jalqiris (Litva) – 2:0 (ə.v.), pen: 11:10 (ilk oyun: 0:2)
Malmö (İsveç) – İberiya 1999 (Gürcüstan) – 3:1 (ilk oyun: 3:1)
Milsami (Moldova) – KuPS (Finlandiya) – 0:0 (ilk oyun: 0:1)
RFŞ (Latviya) – Levadiya (Estoniya) – 1:0 (ilk oyun: 1:0)
Differdanj (Lüksemburq) – Drita (Kosovo) – 2:3 (ilk oyun: 0:1)
Şkendiya (Şimali Makedoniya) – TNS (Uels) – 1:1, ə.v. 1:0 (ilk oyun: 0:0)
İnter (Andorra) – FCSB (Rumıniya) – 2:1 (ilk oyun: 1:3)
Breydablik (İslandiya) – Eqnatiya (Albaniya) – 5:0 (ilk oyun: 0:1)
Buduçnost (Monteneqro) – Noa (Ermənistan) – 2:2 (ilk oyun: 0:1)
Zrinski (Bosniya və Herseqovina) – Virtus (San Marino) – 2:1 (ilk oyun: 2:0)
Qeyd edək ki, bu mərhələnin son iki oyunu iyulun 16-da keçiriləcək. Həmin görüşlərdə “Qarabağ”ın potensial rəqibləri olan “Linfild” (Şimali İrlandiya) və “Şelburn” (İrlandiya) üz-üzə gələcəklər.