Bakı. Trend:
Bakıda Xətai rayonu Kənd Əhmədli qəsəbəsində bıçaqlanma hadisəsi olub.
Trend xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü İbrahim Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Xətaidə bıçaqlanma hadisəsi baş verib.
Trend xəbər verir ki, oktyabrın 27-si saat 00:30 radələrində Bakı şəhəri Xətai rayonu Kənd Əhmədli qəsəbəsində 2 şəxs arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
Belə ki, 1993-cü il təvəllüdlü İbrahim Əliyev 1979-cu il təvəllüdlü Cəfər Vəliyevin qarın və döş boşluğundan daxilə nüfuz edən 2 ədəd bıçaq zərbəsi yetirib.
Faktla bağlı 27.10.2025-ci il tarixdə Xətai RPİ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.
