Bakı.Trend:
Qəbələdə piyadanın ölməsi ilə nəticələnən qəza baş verib.
Trend xəbər verir ki, oktyabrın 27-si saat 10 radələrində 1975-ci il təvəllüdlü Qəbələ şəhər sakini İlham Balakişiyev idarə etdiyi “VAZ-21074” minik markalı avtomobillə İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Qəbələ rayon mərkəzi bazarının qarşısından keçən hissəsində hərəkətdə olarkən yolu keçən piyada - 1951-ci il təvəllüdlü Qəbələ şəhər sakini Vəzuhə Əzməmmədovanı vurub.
Hadisə nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı 27.10.2025-ci il tarixdə Qəbələ RPŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.
