...

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 28 Oktyabr 2025 15:15 (UTC +04:00)
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində oktyabr ayının 24-də ümumi çəkisi 15 kiloqram 705 qram narkotik vasitə (12 kq 460 qram marixuana, 3 kq 245 qram tiryək), oktyabrın 26-da isə ümumi çəkisi 49 kiloqram 60 qram narkotik vasitə (46 kq 45 qram marixuana, 3 kq 15 qram heroin) və 550 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti