...

Bərdədə iki avtomobil toqquşub, iki nəfər ölüb

Cəmiyyət Materials 28 Oktyabr 2025 09:36 (UTC +04:00)
Bərdədə iki avtomobil toqquşub, iki nəfər ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə rayonunun Mehdili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BA3” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobillərdə sıxılı vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti