Bakı. Trend:
Fələstinin HƏMAS hərəkatının nümayəndələri Misirdən olan xilasedicilərə Qəzzada həlak olmuş əsirlərin nəşlərinin olduğu yer barədə məlumatları təqdim edib.
Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumatda konkret hansı sayda cəsəddən söz getdiyi qeyd olunmur.
Həmas nümayəndələrinin bildirdiyinə görə, əsirlərin cəsədlərinin dağıntılar altında çıxarılmasına əngəl yaradan əsas problem bunun üçün xüsusi texnika və mexanizmlərin olmamasıdır.
Qeyd edək ki, bir müddət əvvəl Misirdən gələn xilasedicilər və hərbi mütəxəssislər qrupu Qəzzaya daxil olaraq həlak olmuş israilli girovların cəsədlərinin axtarışı və çıxarılması əməliyyatında iştirak etməyə başlayıblar.
