...

Bu il “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nı qazanan tələbələrin sayı açıqlanıb

Cəmiyyət Materials 27 Oktyabr 2025 15:05 (UTC +04:00)
Bu il “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nı qazanan tələbələrin sayı açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” 2022-ci ildən etibarən həyata keçirilir. Cari tədris ili üzrə proqram çərçivəsində 93 tələbə qız təqaüd dəstəyi almaq imkanı əldə edib.

Trend xəbər verir ki, bu fikirləri bu gün “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimi çərçivəsindəTəhsil İnkişaf Fondunun İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən İlqar Bayramlı jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, ümumilikdə, layihənin icrası dövründə 300-ə yaxın tələbə bu proqramda iştirak edib:

“Təhsil İnkişaf Fondu olaraq, biz tərəfdaş qurumlarla birgə fəaliyyətimizi davam etdirəcəyik, gənclərin elmi potensialının inkişafına, tədqiqat imkanlarının genişlənməsinə töhfə verməkdə israrlıyıq”.

İ.Bayramlı qeyd edib ki, digər gənc qızların təhsilinə dəstək layihəsi çərçivəsində bir sıra əlavə təqaüd proqramlarını da həyata keçirməkdəyik:

“Bu tədqiqat proqramlarına 3 mindən çox müraciət daxil olub və 400-dən artıq tələbə qız bu proqramlarda iştirak edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti