Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 275,410 milyon manat sığorta haqqı toplanılıb.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,1 milyon manat və ya 6,6% çoxdur.
Hesabat dövründə icbari sığortanövləri üzrə ödənişlər isə 6,5 milyon manat və yaxud 6,5% artaraq 105,421 milyon manata çatıb.
Beləliklə, 9 ayda icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,3 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manat və ya 13% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.
Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5% çoxdur.
