...

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-sentyabr ayları üzrə renkinqi

İqtisadiyyat Materials 27 Oktyabr 2025 10:57 (UTC +04:00)
Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-sentyabr ayları üzrə renkinqi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 683,896 milyon manat sığorta ödənişi edilib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 130,1 milyon manat və ya 23,5% artım deməkdir.

Bəhs olunan dövrdə ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” ASC (472,1 milyon manat) olub. İkinci yerdə 103 milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə 47,5 milyon manat sığorta ödənişi ilə “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.

Cari ilin yanvar-sentyabr aylarında sığorta ödənişlərinə görə şirkətlərin renkinqini təqdim edirik:

Şirkətin adı

Məbləğ (min manat)

“Paşa Həyat Sığorta”

472,062

“Paşa Sığorta”

102,969

“Atəşgah Həyat” Sığorta Şirkəti

47,513

“Atəşgah” Sığorta Şirkəti

29,471

“Qala Sığorta”

19,401

“Meqa Sığorta”

11,836

“Azərbaycan Sənaye Sığorta”

9,011

“A-Qroup Sığorta Şirkəti”

8,250

“Xalq Sığorta”

7,639

“Aqrar Sığorta”

4,969

“AtaSığorta”

4,103

“Xalq Həyat” Sığorta Şirkəti

4,078

“Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti

3,850

“Qala Həyat” Sığorta Şirkəti

2,161

“AzSığorta”

1,364

“İpək Yolu Sığorta”

220

Məqalədə:
Xəbər lenti

Xəbər lenti