Bakı. Trend:
Dünyanın ikinci raketkası italiyalı tennisçi Yannik Sinner Avstriyanın paytaxtı Vyanada keçirilən ATP-500 kateqoriyalı turnirin qalibi olub.
Trend xəbər verir ki, final matçında Sinner alman tennisçi Aleksandr Zverevə (ATP reytinqində 3-cü yer) qarşı 3:6, 6:3, 7:5 hesabı ilə qalib gəlib. Görüş 2 saat 30 dəqiqə davam edib.
Bu qələbə Sinnerin ATP turnirlərində 22-ci karyera titulu, həmçinin 2025-ci ildəki 4-cü turnir qələbəsi olub. Eyni zamanda, o, bu uğurla 500 reytinq xalı qazanaraq dünya reytinqində ikinci pillədəki mövqeyini möhkəmlədib.
