...

Kuala-Lumpurda Çin və ABŞ arasında ticarət danışıqlarının növbəti raundu başlayıb

Dünya xəbərləri Materials 25 Oktyabr 2025 08:31 (UTC +04:00)
Kuala-Lumpurda Çin və ABŞ arasında ticarət danışıqlarının növbəti raundu başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Malayziyanın paytaxtı Kuala-Lumpurda Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair yüksəksəviyyəli danışıqların növbəti raundu start götürüb.

Trend xəbər verir ki, danışıqlarda Çin nümayəndə heyətinə Baş nazirin müavini Hı Lifen, ABŞ tərəfinə isə maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qrir rəhbərlik edir.

Çinin Kommersiya Nazirliyinin iki gün əvvəl yaydığı açıqlamada bildirilib ki, görüş zamanı tərəflər iki ölkə liderlərinin son telefon danışığı zamanı əldə etdikləri mühüm konsensusa uyğun olaraq iqtisadi və ticarət əlaqələrinin əsas məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Kuala-Lumpur danışıqları, Çin və ABŞ liderlərinin oktyabrın 30-da Cənubi Koreyada keçiriləcək görüşü ərəfəsində təşkil olunub.

Xəbər lenti

Xəbər lenti