...

Əlillik qiymətləndirməsində dələduzluğun aşkarlanması üçün süni intellekt tətbiq edirik - Kənan Əkpərov

Cəmiyyət Materials 24 Oktyabr 2025 14:04 (UTC +04:00)
Əlillik qiymətləndirməsində dələduzluğun aşkarlanması üçün süni intellekt tətbiq edirik - Kənan Əkpərov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əlilliyin qiymətləndirilməsi zamanı müəyyən pozuntu hallarının qarşısını almaq üçün "Fraud Detection" yəni dələduzluğun aşkarlanması həllərindən istifadə edirik.

Trend xəbər verir ki, bu sözləri bu gün DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu xüsusilə tibbi məlumatların analizində şəxsi məlumatların müəyyənləşdirilməsi imkanlarının olduğu hallarda aktual olur:

"Bəzən bu məlumatlar yanlışlıqla qiymətləndirməyə təsir edir. Biz bu həll vasitəsilə bu məlumatları aşkarlayır və qiymətləndirməni daha obyektiv şəkildə aparırıq".

"Növbəti istiqamət xidmətlərin qiymətləndirilməsi sahəsində dövlət qurumları və ekspertlərlə birgə görülən işlərdir. Burada vətəndaşlara göstərilən xidmətin qiymətləndirilməsi nəticəsində düzgün qərarların verilməsi hədəflənir. Prosesdə tibbi ekspertlər də iştirak edir və məqsədimiz süni intellektin köməyi ilə həkimlərin iş yükünü azaltmaq və onlara daha dəqiq qərar vermələrində dəstək olmaqdır. Burada xüsusi vurğulanmalı məqamlardan biri odur ki, süni intellektin düzgün nəticə verməsi üçün onun istifadə etdiyi və “öyrəndiyi” məlumatların dəqiq və etibarlı olması mütləqdir",- deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti