...

TDT üzv ölkələr arasında qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi iqtisadi inteqrasiyanın mühüm istiqamətlərindən birinə çevrilib - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 24 Oktyabr 2025 12:46 (UTC +04:00)
TDT üzv ölkələr arasında qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi iqtisadi inteqrasiyanın mühüm istiqamətlərindən birinə çevrilib - Mikayıl Cabbarov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi iqtisadi inteqrasiyanın mühüm istiqamətlərindən birinə çevrilib.

Trend xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasının gedişində bildirib.

“Ümumi kapitalı 600 milyon ABŞ dolları olan Türk İnvestisiya Fondu türk dövlətləri tərəfindən yaradılmış ilk birgə maliyyə institutudur. Onun məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, strateji sahələrə investisiyaların artırılması və regional inkişafın dəstəklənməsidir”,- deyə o vurğulayıb.

Nazir əlavə edib ki, bundan əlavə, Azərbaycan Özbəkistan, Qırğızıstan və Qazaxıstanla birgə ikitərəfli investisiya fondları yaradıb.

“Bu mexanizmlər ölkələrimiz arasında kapital axınlarının artmasına, sənaye layihələrinin birgə maliyyələşdirilməsinə və qarşılıqlı investisiya təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradır”,- deyə Cabbarov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti