...

Azərbaycanda ətraf mühitin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Materials 24 Oktyabr 2025 16:38 (UTC +04:00)
Azərbaycanda ətraf mühitin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni dövlət standartının tətbiqi ekoloji proseslərin kompleks şəkildə öyrənilməsi, regional iqlim dəyişmələri və digər qlobal ətraf mühit problemlərinin ölkə əhalisinə və iqtisadiyyatına təsirinin təhlilinə dəstək göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 14015:2025 “Ətraf mühitin idarə edilməsi - Ətraf mühitin kompleks şəkildə araşdırılmasının qiymətləndirilməsi üzrə təlimatlar” (“Environmental management - Guidelines for environmental due diligence assessment”) yeni dövlət standartı qəbul edilib.

Trend bu barədə AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, yeni dövlət standartının tətbiqi ekoloji proseslərin kompleks şəkildə öyrənilməsi, regional iqlim dəyişmələri və digər qlobal ətraf mühit problemlərinin ölkə əhalisinə və iqtisadiyyatına təsirinin təhlilinə dəstək göstərəcək.

"Bu dövlət standartı ətraf mühitin müxtəlif aspektlərini müəyyən edir, zərurət yarandıqda onların biznes nəticələrinə təsirini qiymətləndirmək məqsədilə kompleks şəkildə araşdırmalar üçün sistematik qaydalara dair təlimat təqdim edir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, yeni dövlət standartı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq beynəlxalq standartın autentik tərcüməsi əsasında hazırlanıb, “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 09) konsensus əsasında qəbul edilib və AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti