Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Asiya turu zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşmək ehtimalını istisna etməyib.
Trend xəbər verir ki, Tramp bu barədə təyyarəsində jurnalistlərə açıqlama verib.
“Mən buna 100% açığam. Onunla yaxşı münasibətim var”, – deyə ABŞ lideri bildirib.
Ağ Evin mətbuat katibi Karolin Livitt daha əvvəl qeyd edib ki, Tramp Asiya turu çərçivəsində Malayziya, Yaponiya və Koreya Respublikasına səfər edəcək, həmçinin ASEAN və APEC tədbirlərində iştirak edəcək.
Xatırladaq ki, Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında danışıqlar oktyabrın 30-da Cənubi Koreyada planlaşdırılıb.
