...

Qiymətləndirmə ilə ən yaxşı nəticə göstərən hakimlər müəyyən edilir - Ali Məhkəmənin sədr müavini

Cəmiyyət Materials 24 Oktyabr 2025 13:03 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan islahatlar nəticəsində hakimlərin seçilməsi prosesi xeyli sürətləndirilib. Əvvəllər bu proses 2 il çəkirdi. Hazırda bu proses 1 il ərzində baş tutur.

Trend xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hakimlərin sayı artırılır:

“Hazırda 650 hakim fəaliyyət göstərir, gələn il bu rəqəmi 720-ə artırmağa çalışırıq. Həmçinin, Məhkəmə-Hüquq Şurası nəzdində hakimlərin fəaliyyətinin qiymətləndirilməsi prosesi təşkil edilib. Komitə tərəfindən hazırlanan qaydalar beynəlxalq standartlara əsasən aparılan qiymətləndirilməni özündə ehtiva edir.

Bu qiymətləndirmə nəticəsində biz görürük ki, hansı hakimlər fəaliyyətində daha yaxşı nəticələr göstərir. Hakimlərin fəlaiyyətinin bütün istiqamətləri nəzərə alınır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti