...

Sertifikasiya imtahanında 50 bal yığan müəllimlərin maaşı daha çox artmalıdır - Vüqar Bayramov

Cəmiyyət Materials 24 Oktyabr 2025 15:44 (UTC +04:00)
Sertifikasiya imtahanında 50 bal yığan müəllimlərin maaşı daha çox artmalıdır - Vüqar Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sayı 150 minə yaxındır. Müəllim kimi çalışanların 120 mindən çoxu qadın, cəmi 25 mindən çoxu isə kişidir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, təhsil sektorunda gender bərabərliyinin nəzərə alınması çox vacibdir:

“Araşdırmalara görə, bunun əsas səbəblərindən biri müəllimlərin orta aylıq əməkhaqqının respublika üzrə orta əməkhaqqıdan aşağı olmasıdır”.

O, sertifikasiya prosesinin təkmilləşməsinə ehtiyac olduğunu bildirib:

“Sertifikasiya ilə bağlı qaydalara yenidən baxılmasını təklif edirəm.

Həmçinin, MİQ imtahanlarında iştirak etmək üçün rüsumdan azad edilən güzəştli kateqoriyanın sırasına keçmiş məcburi köçkünlərin də əlavə edilməsini təklif edirəm.

Hazırda 51 və daha çox bal toplayanların əmək haqlarına 35 faiz artım əlavə olunur. 30 və 50 bal nəticə göstərənlərə isə 10 faiz artım əlavə olunur. 50 bal 84 faizə yaxın nəticə deməkdir. 80 faizdən yüksək bal yığmaq bal yığmaq A kateqoriyadır və buna daha yüksək əməkhaqqı artımına şamil edilməlidir. 80 faiz daha çox bal toplayanların əməkhaqları daha çox artmalıdır”.

Deputat MİQ-də ödənişli imtahanlardan azad olunanlara keçmiş məcburi köçkünlərin də əlavə olunmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti