...

Bakı sənaye və texnologiyalar sahəsində türk dövlətlərin əməkdaşlıq mərkəzi kimi rolunu möhkəmləndirir - Türkiyəli nazir

İqtisadiyyat Materials 24 Oktyabr 2025 14:37 (UTC +04:00)
Bakı sənaye və texnologiyalar sahəsində türk dövlətlərin əməkdaşlıq mərkəzi kimi rolunu möhkəmləndirir - Türkiyəli nazir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakı sənaye və texnologiyalarda sahəsində türk dövlətlərin əməkdaşlıq mərkəzi kimi rolunu möhkəmləndirir.

Trend xəbər verir ki, bunu bu gün Türkiyənin Sənaye və Texnologiyalar naziri Mehmet Fatih Kacır Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasındə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, toplantının Azərbaycanın paytaxtında keçirilməsi Türk dünyasının texnoloji və iqtisadi inkişafı baxımından Bakının nə dərəcədə strateji əhəmiyyət kəsb etdiyini simvolizə edir.

O, Bakının strateji əhəmiyyətini vurğulayıb: "Şəhər tarix boyu türk dünyasında xüsusi mövqe tutub, ticarət, energetika, sənaye və texnologiya sahələrində istiqamətləri müəyyən edib. Zəngin tarixi irs, strateji mövqe və dinamik strukturu Bakını türk dünyasının ümumi kimliyini və gələcəyə baxışını ən yaxşı əks etdirən şəhərlərdən birinə çevirir. Bu günkü toplantımız yenidən bu şəhərin türk ölkələrinin iqtisadi və texnoloji gələcəyində strateji rolunu təsdiqləyir və ortaq məqsədlərə nail olmaq üçün dövlətlərimiz arasındakı qardaşlıq əlaqələrini möhkəmləndirir."

Kacır TDT-yə üzv ölkələrin sənaye və texnologiya sahəsində əməkdaşlığının vacibliyini vurğulayıb və birgə səylərin regionun innovasiya potensialını gücləndirəcəyinə əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti