...

Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətlə inkişaf edir - Nazir

İqtisadiyyat Materials 24 Oktyabr 2025 12:56 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətlə inkişaf edir - Nazir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətlə inkişaf edir.

Trend xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasının gedişində bildirib.

“Son illər TDT çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətlə inkişaf edir ki, bu da ölkələrimizin iqtisadiyyatına əhəmiyyətli töhfə verir. Azərbaycan bütün TDT üzv dövlətləri ilə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub”, – deyə nazir bildirib.

Qeyd olunub ki, cari ilin doqquz ayı ərzində Azərbaycanın TDT ölkələri ilə ticarət dövriyyəsinin artım dinamikası davam edib. Dövlət başçıları bu müsbət tendensiyanı daha da gücləndirməyi hədəfləyiblər. Bu kontekstdə Azərbaycan türk dövlətləri ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı ticarətin sadələşdirilməsi istiqamətində mühüm addımlar atır.

Nazir xatırladıb ki, hazırda Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi, eləcə də təşkilata üzv digər ölkələrlə Azad Ticarət Sazişləri qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti