...

“Sputnik Azərbaycan”ın şef redaktoru ev dustaqlığına buraxıldı

Cəmiyyət Materials 24 Oktyabr 2025 13:54 (UTC +04:00)
“Sputnik Azərbaycan”ın şef redaktoru ev dustaqlığına buraxıldı

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) şef redaktoru Yevgeniy Belousov barəsində qərar verilib.

Trend xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Xatırladaq ki, bir qədər əvvəl “Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.

Qeyd edək ki, bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində əməliyyat keçirib. “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx və böyük redaktoru Yevgeni Belousovhəbs edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti