...

Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsi 39%-ə yaxın artıb

İqtisadiyyat Materials 24 Oktyabr 2025 14:41 (UTC +04:00)
Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsi 39%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Yunanıstan arasında ticarət əməliyyatlarının həcmi 658,6 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 183,4 milyon ABŞ dolları və ya 38,6% çoxdur.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana 630,1 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 200,6 milyon ABŞ dolları və ya 46,7% çoxdur.

Eyni zamanda hesabat dövründə Yunanıstan Azərbaycandan 268,5 milyon ABŞ dolları dəyərində 500,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 123,7 milyon ABŞ dolları və ya 85,4%, həcm baxımından isə 272,5 min ton və ya 2,2 dəfə çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarında Yunanıstandan Azərbaycana 28,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 17,2 milyon ABŞ dolları və ya 37,7% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon ABŞ dolları və ya 2,5% çoxdur.

Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3% azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.

Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti