Bakı. Trend:
Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 56 044 borcalana 3,684 milyard manat kredit verilib.
Bu barədə Trend İKZF-dən məlumat əldə edib.
Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 642 milyon manata bərabər olub.
8 361 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
