...

Qazaxıstan TDT sənaye, elm, texnologiya və innovasiya nazirlərinin III iclasını paytaxt Astana şəhərində keçirməyi təklif edib

İqtisadiyyat Materials 24 Oktyabr 2025 14:38 (UTC +04:00)
Qazaxıstan TDT sənaye, elm, texnologiya və innovasiya nazirlərinin III iclasını paytaxt Astana şəhərində keçirməyi təklif edib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan 2026-cı ildə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sənaye, elm, texnologiya və innovasiya nazirlərinin III iclasını paytaxt Astana şəhərində keçirməyi təklif edir.

Trend xəbər verir ki, bunu bu gün Qazaxıstanın Sənaye və İnşaat nazirinin müavini Raxımcan İsakulov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasının gedişində bildirib.

“Bu vacib tədbiri yüksək səviyyədə keçirməkdən və görüşümüzün konstruktiv və məzmunlu gündəmini davam etdirməkdən məmnun olardıq”, - deyə o bildirib.

İsakulov qeyd edib ki, Qazaxıstan TDT çərçivəsində əməkdaşlıq əlaqələrinin fəallaşdırılmasına və möhkəmləndirilməsinə, perspektivli investisiya layihələrinin həyata keçirilməsi üçün bütün zəruri dəstəyin göstərilməsinə hazırdır.

“Biz məmnunluqla bildiririk ki, təşkilat çərçivəsində əməkdaşlığımız üzv ölkələrin dayanıqlı inkişafının, rəqabət qabiliyyətinin və texnoloji suverenliyinin təşviqi üçün daha strateji xarakter alır. Bugünkü iclasın vacib nəticəsi kimi, ekspertlərin praktiki tövsiyələri və ortaq sənaye-texnoloji məkanın formalaşdırılması üzrə strateji məqsədlər nəzərə alınmaqla, 2025 və 2026-cı illər üçün sənaye və innovasiya texnologiyaları sahəsində fəaliyyət planının aktuallaşdırılması və tamamlanmasını hesab ediirk”, – deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti