Bakı. Trend:
Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsxanada dustaqlar tərəfindən pis qarşılanıb.
Trend-in məlumatına görə, birinci gecə baş vermiş gərginlik ötən gecə də davam edib. Keçmiş dövlət başçısı fitə basılıb, təhqir edilib.
Həbsxana əməkdaşları kameralarda axtarış apararaq 2 telefon aşkar ediblər. Prokurorluq ölümlə hədələmə maddəsi ilə cinayət işi açıb. Ədliyyə Nazirliyi isə Sarkozini təhdid edən dustaqların bir qisminin karserə salınacağı, digərlərinin isə başqa yerlərə köçürüləcəyini bəyan edib.