Bakı. Trend:
Ağ Ev hesab edir ki, əgər şatdaun davam edərsə, ABŞ bayramlar günləri də daxil olmaqla genişmiqyaslı uçuş gecikmələri və ləğvləri ilə üzləşəcək.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt deyib.
"Demokratlar şatdaunu davam etdirsələr, ölkə daxilindəki əsas hava limanlarında əhəmiyyətli uçuş gecikmələri və ləğvlərin şahidi olacağımdan qorxuram", - deyə o bildirib.
Onun sözlərinə görə, narahatlıqlar, xüsusən də noyabr ayının sonunda ABŞ-də qeyd olunan Şükran Gününün yaxınlaşması ilə bağlıdır - bu zaman hava limanları xüsusilə sıx olur.
O əlavə edib ki, hava limanının bağlanması ABŞ hava təhlükəsizliyini təhdid edir.